“Avropanın “könüllülər koalisiyası”nın hərbi qüvvələri Ukraynada peyda olarsa, Rusiya silahlı qüvvələri üçün qanuni hədəfə çevriləcəklər”.
Referans Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2025-ci ilin yekunları ilə bağlı “TASS” agentliyinə verdiyi müsahibəsində deyib.
“Avropalı siyasətçilərin ambisiyaları sözün əsl mənasında onları kor edir. Onlar təkcə ukraynalıları yox, həm də öz əhalisini düşünmürlər.
Avropada Ukraynaya “könüllülər koalisiyası” şəklində hərbi kontingentlərin göndərilməsi ilə bağlı davam edən danışıqları başqa cür necə izah etmək olar? Biz dəfələrlə bildirmişik ki, bu halda həmin qüvvələr silahlı qüvvələrimiz üçün qanuni hədəf olacaq”, – deyə nazir qeyd edib.






















