“Növbəti “3+3″ görüşünün dəqiq tarixi və yeri barədə məlumat yoxdur”.
Referans Media xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazir müavini Vahan Kostanyan İRNA agentliyinə müsahibəsində bildirib ki, 3+3 formatında növbəti görüş İrəvanda və ya Bakıda keçirilə bilər.
Əlavə edilib ki, görüşün vaxtını və yerini müəyyən etmək üçün müzakirələr aparılmalıdır.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında Cənubi Qafqaz üzrə 3+3 formatında nazirlərin üçüncü görüşünün hazırlandığını və Moskvanın növbəti iki görüşün Bakıda və İrəvanda keçirilməsinin tərəfdarı olduğunu bildirmişdi.






















