backend

Liverpul 145 milyon avroluq ulduzu ilə bağlı şok xəbər aldı!

İngiltərə Premyer Liqa təmsilçisi Liverpul, mövsümün əvvəlində rekord məbləğ qarşılığında heyətinə qatdığı isveçli hücumçu Alexander Isak barədə üzücü xəbər açıqlayıb.

Klubdan verilən rəsmi məlumata görə, Isakın fibula sümüyündə sınıq aşkarlanıb və futbolçu əməliyyat olunub.

Isak, Liverpulun səfərdə Tottenhem üzərində 2:1 hesablı qələbə qazandığı oyunda sonradan meydana daxil olmuş, lakin oyuna girdikdən təxminən 15 dəqiqə sonra zədələnərək qarşılaşmanı davam etdirə bilməmişdi.

“Qırmızılar”ın açıqlamasında futbolçunun nə qədər müddət meydanlardan uzaq qalacağı ilə bağlı hələlik məlumat verilməyib.

26 yaşlı hücumçu bu mövsüm Liverpool forması ilə 16 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki