image-nazir-2backend

Macarıstan tarixində ilk: 16 yaşından kor qalan siyasətçi nazir olacaq

Macarıstanda seçkilərdə qalib gələn müxalif “Tisa” partiyasının lideri Peter Madyar ölkə tarixində ilk dəfə olaraq görmə qabiliyyətini itirən siyasətçi Vilmoş Katai-Nemeti sosial və ailə məsələləri naziri vəzifəsinə namizəd göstərib.

Referans Media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Vilmoş Katai-Nemet bu vəzifədə əlçatanlıq və bərabər imkanlar sahəsinə cavabdeh olacaq. O, 16 yaşında görmə qabiliyyətini itirib.

Madyarın sözlərinə görə, əsas məqsəd doğulduğu yerindən və sosial mənşəyindən asılı olmayaraq hər bir vətəndaş üçün keyfiyyətli səhiyyə və təhsilə bərabər çıxışı təmin etməkdir.

Madyar həmçinin hökumətində təhsil naziri postuna bir qadının təyin ediləcəyini açıqlayıb. O, son günlər parlament sədri, xarici işlər naziri və “Tisa” partiyasının fraksiya rəhbəri vəzifələrinə də qadın namizədlər irəli sürüb./globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki