Çinli alimlər Ay səthindən gətirilmiş nümunələrdə əvvəllər məlum olmayan iki yeni mineral aşkar ediblər. Bu minerallar “magneziyoçangızit-(Y)” və “çangızit-(Ce)” adlandırılıb.
Kəşf “Çang’ı-5” missiyasının topladığı daş və torpaq nümunələrinin tədqiqi zamanı edilib və beynəlxalq səviyyədə təsdiqlənib. Bununla da Ayda aşkarlanan mineralların sayı 8-ə çatıb.
Qeyd edək ki, Çin 2020-ci ildə “Çang’ı-5” aparatı ilə Aydan nümunə gətirən ölkələr sırasına qoşulub.























