image-ralli-turkbackend

İllər sonra Türkiyə Qran-Prisi qayıtdı

Türkiyə Qran-prisi 2027-ci ildən etibarən yenidən “Formula 1” dünya çempionatının təqviminə daxil ediləcək.

Referans Media  xəbər verir ki, müqavilə 5 il müddətinə imzalanıb. Bu barədə Türkiyə prezident administrasiyası məlumat yayıb.

Açıqlamada bildirilir ki, Türkiyə İstanbulda keçirilən yarışın geri dönüşünü elan etməkdən məmnundur və bu addım Türkiyə avtomobil idmanının tarixində mühüm bir səhifənin yenidən canlanması deməkdir.

İstanbulda Türkiyə Qran-prisinin təqdimat mərasimi keçirilib. Tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, “Formula 1”in prezidenti və icraçı direktoru Stefano Domenikali və Beynəlxalq Avtomobil Federasiyasının rəhbəri Məhəmməd ben Süleym iştirak ediblər.

Ərdoğan yarışın geri dönüşünü Türkiyənin idmana olan inamının və ehtirasının qələbəsi adlandırıb və Qran-prinin keçirilməsinin İstanbulun dünya miqyasında lider mövqeyini daha da gücləndirəcəyini bildirib.

Türkiyə Qran-prisi 2005–2011-ci illərdə, həmçinin 2020 və 2021-ci illərdə keçirilib. Daha sonra İstanbuldakı yarış trassı mülkiyyətçilərlə idarəçilər arasında hüquqi mübahisələr səbəbilə demək olar ki, istifadəsiz qalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki