image-araqci-1backend

Əraqçi Trampın təklifinə bu cür cavab verəcək

İranın xarici işlər naziri Abbas Əraqçi münaqişənin həlli ilə bağlı ABŞ-ın təkliflərinə yazılı cavab verərək İslamabada yollanacaq.

 

Referans Media xəbər verir ki, u barədə The New York Times qəzeti məlumat yayıb.

Səfər barədə məlumatlı iki yüksək vəzifəli İran rəsmisi bildirib ki, Əraqçi sülh sazişi ilə bağlı ABŞ-ın təkliflərinə cavabı təqdim etmək üçün İslamabada yola düşəcək.

Mənbələrin sözlərinə görə, onun bu həftəsonu Pakistanda ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və prezidentin kürəkəni Cared Kuşnerlə görüşəcəyi gözlənilir. Bildirilir ki, Tehran İran limanlarına tətbiq olunan blokada aradan qaldırılmayana qədər Vaşinqtonla rəsmi danışıqlara başlamayacağını bəyan etsə də, tərəflər Pakistan vasitəsilə əlaqələr qurur və danışıqların bərpasına çalışırlar.

Daha əvvəl Əraqçi X sosial platformasında regional məsələləri müzakirə etmək məqsədilə Pakistan, Oman və Rusiyaya səfər etdiyini təsdiqləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki