İran nümayəndələri pakistanlı həmkarları ilə danışıqlar apara bilər, lakin görüşdə ABŞ iştirak etməyəcək.
Bu barədə CNN ABŞ-dakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, rəsmi İslamabad ABŞ–İran danışıqlarının ikinci mərhələsinə təkan verəcək.
Bundan əvvəl Pakistanın “Geo TV” telekanalı mənbələrə istinadən bildirib ki, İranın xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-la danışıqları davam etdirmək üçün İslamabada gələcək.
Daha sonra İRNA agentliyi Əraqçinin Pakistan, Oman və Rusiyaya səfər edəcəyini açıqlayıb.
“Əl-Cəzirə” telekanalı yüksək vəzifəli İran rəsmisinə istinadən xəbər verir ki, Əraqçinin İslamabaddakı görüşləri yalnız ikitərəfli münasibətlərə həsr olunacaq. İran Xarici İşlər Nazirliyi də onun Pakistan rəsmiləri ilə görüşəcəyini təsdiqləyib. Nazirliyin açıqlamasına görə, səfər çərçivəsində ikitərəfli əlaqələr, həmçinin aktual regional və beynəlxalq məsələlər müzakirə olunacaq.//globalinfo.az























