“Mançester Siti” 145 illik rekorda şərik oldu

“Mançester Siti” İngiltərə Kubokunda inan 145 il öncə qeydə alınan rekordu təkrarlayıb.

Referans Media yerli mətbuata istinadən xəbər verir ki, Mançester təmsilçisi buna turnirin 1/16 final mərhələsində dünən “Solford Siti”ni (2:0) məğlub etməklə nail olub.

Xosep Qvardiolanın çalışdırdığı kollektiv bu turnirdəki ev oyunlarında ardıcıl 17-ci qələbəsini qazanıb.

Tarixdə sonuncu belə seriyaya 1873-cü ildən 1881-ci ilədək “Klephem Rovers” komandası imza atıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki