Azərbaycanda internetlə bağlı əhaliyə TƏCİLİ XƏBƏR: Qiymətlər...

Azərbaycanda internet tariflərinin artırılması ilə bağlı müzakirələr fonunda xidmətin keyfiyyəti ilə yanaşı, onun vətəndaşlar üçün maddi əlçatanlığının qorunması da aktuallıq qazanır. Minimum internet paketinin bahalaşması yüksək sürətə ehtiyacı olmayan istifadəçilərin də əlavə ödəniş etməsinə səbəb ola bilər. Bu baxımdan, tariflərin müəyyənləşdirilməsi zamanı istehlakçıların maraqlarının nəzərə alınması və fərqli büdcələrə uyğun seçim imkanlarının yaradılması vacib hesab olunur.

Referans Media-ya açıqlamasında İT mütəxəssisi Seyran Tağıyev bildirib ki, internetin minimum paketinin bahalaşması yüksək sürətə ehtiyacı olmayan istifadəçilər üçün əlavə maliyyə yükü yarada bilər. Onun sözlərinə görə, istifadəçilər yalnız yüksək sürətli və bahalı paketlərə deyil, ehtiyaclarına uyğun daha sərfəli tariflərə də çıxış əldə etməlidirlər.

Mütəxəssis Azərbaycanda optik internet tariflərinin artırılmasına ehtiyac olmadığını düşündüyünü qeyd edib. Onun fikrincə, internet xidmətlərinin keyfiyyətini yüksəltməklə yanaşı, vətəndaşların daha münasib qiymətlərlə internetdən istifadə etməsinə şərait yaradılmalıdır.

Seyran Tağıyev hesab edir ki, istifadəçilərə fərqli sürət və qiymət seçimləri təqdim etmək daha məqsədəuyğun olar. Belə ki, 30–50 Mbit/s sürətli büdcə paketi, 100 Mbit/s sürətli standart paket, eləcə də 250 Mbit/s və daha yüksək sürətli paketlər təklif edilə bilər.

İT mütəxəssisinin sözlərinə görə, bu cür tarif müxtəlifliyi istifadəçilərə internetə olan ehtiyaclarına və maddi imkanlarına uyğun seçim etmək imkanı verər. Beləliklə, yüksək sürətə ehtiyacı olmayan abonentlər daha bahalı paketlərə keçmək məcburiyyətində qalmaz, daha yüksək sürət istəyən istifadəçilər isə uyğun tariflərdən yararlana bilərlər.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki