Arda Gülər ​​mənim qardaşımdır - Arda Turan

İspaniya çempionatının onuncu turunda “Barselona” evdə “Real Madrid”lə qarşılaşacaq.

Referans Media xəbər verir ki, futbolçu olduğu dövrdə “Barsa”da oynamış “Şaxtyor”un baş məşqçisi Arda Turan matç barədə danışıb.

“Arda Gülər ​​mənim qardaşımdır, amma mənim rəğbətim “Barselona”yadır. Meydandan kənarda biz qardaşıq, amma meydanda rəqibik. “Barsa” həmişə ürəyimdə olacaq. “Barselona” sadəcə bir futbol klubundan daha çox şeydir. Onun öz fəlsəfəsi var. Mən bu klubu sevirəm. Ümid edirəm ki, onlar qalib gələcəklər”, – deyə “TNT Sports” Turandan sitat gətirib.

“El Klasiko” oktyabrın 25-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki