Medina bu göstəricidə ÇL-da 3-cüdür

“Qarabağ”ın futbolçusu Kevin Medina UEFA Çempionlar Liqasının Liqa mərhələsində inamlı oyunu ilə diqqət çəkib.

Referans Media  qafqazinfo-ya istinadən xəbər verir ki, kolumbiyalı oyunçu yarışın ən yaxşı müdafiəçiləri sırasındadır.

O, 8 oyunda düz 62 dəfə sonradan topu ələ keçirməyi bacarıb. Bu göstərici ilə 32 yaşlı oyunçu 3-cü yerdə qərarlaşıb. İlk iki pilləni müvafiq olaraq Aytor Paredes (“Atletik”, 77 dəfə) və Odilon Kossunu (“Atalanta”, 65 dəfə) tutur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki