Məktəbdə 9 nəfəri öldürən şagirdin atası saxlanıldı – Əvvəllər yüksək vəzifə tutub…

Son məlumatlara görə, Türkiyənin Kahramanmaraş vilayətində orta məktəbə edilən silahlı hücum nəticəsində ölənlərin sayı 9-a çatıb. Ölənlərdən biri müəllim, 8-i şagirddir.

Hücumu həyata keçirən səkkizinci sinif şagirdi İsa Aras Mersinlinin atası Uğur Mersinli saxlanılıb. Polis şagirdin özü ilə məktəbə gətirdiyi 5 silah və 7 güllə darağının onun atasına məxsus olduğunu aydınlaşdırıb. Saxlanılan şəxs 6 il əvvəl Diyarbəkir Polis İdarəsinin Kəşfiyyat şöbəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, daha öncə hücum nəticəsində 4 nəfərin öldüyü, 20 nəfərin yaralandığı açıqlanmışdı.//publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki