Məmmədli kəndində 4 yararsız avtobus yandı – VİDEObackend

Məmmədli kəndində 4 yararsız avtobus yandı – VİDEO

 Abşeron rayonu, Məmmədli kəndində 4 yararsız avtobus yanıb.

Bu barədə Referans.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində ərazidə park edilmiş istismara yararsız avtobuslarda baş vermiş yanğın yayılmasına, o cümlədən digər avtobuslara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Ərazidə ümumilikdə 35 ədəd istismara yararsız avtobus olub.  



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki