Azərbaycanla Yaponiya arasında tam vizasız rejim yaradıla bilər – Hacıyev

Yapon filminin çəkilişlərindən sonra Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq. Biz görürük ki, onlar Azərbaycanı olduqca maraqlı istiqamət kimi kəşf edirlər. Vizasız gediş-gəliş rejimi üçün birillik sistem tətbiq etmişik və əlbəttə ki, bunun uzadılmasını səbirsizliklə gözləyirik.

Referans Media AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiya zamanı deyib.

“Vizasız sistem bir növ ikitərəfli yoldur, çünki bir çox azərbaycanlılar da Yaponiyaya səfər etməyi arzulayırlar. Hesab edirəm ki, hər iki ölkənin müvafiq qurumları və xarici işlər nazirlikləri ölkələrimiz arasında turistlərin səfərini və mədəni əlaqələri asanlaşdıra biləcək tamamilə vizasız rejim yaratmaq üçün birlikdə işləyə bilərlər”, – deyə Hikmət Hacıyev diqqətə çatdırıb.

 

 
 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki