Meşə alova təslim oldu: Antalyada genişmiqyaslı əməliyyat başladı

Türkiyənin Antalya vilayətinin Kaş rayonunda baş verən meşə yanğınının söndürülməsi üçün hava və quru qüvvələri səfərbər edilib. Alovun nəzarət altına alınması istiqamətində əməliyyat fasiləsiz davam edir.

Referans Media xəbər verir ki, yanğın Kaş rayonunun Kalkan Üzümlü məhəlləsində səhər tezdən başlayıb. Hadisə barədə məlumat daxil olduqdan sonra Meşə Təsərrüfatı Regional İdarəsinin əməkdaşları qısa müddətdə əraziyə göndərilib.

Yanğının söndürülməsinə 6 helikopter, 3 təyyarə, 14 yanğınsöndürən maşın, 5 su təchizatı avtomobili, 2 ilkin müdaxilə maşını və ümumilikdə 135 nəfər texniki heyət və meşə işçisi cəlb olunub.

Hazırda yanğının nəzarət altına alınması üçün havadan və qurudan intensiv müdaxilə davam etdirilir. Hadisənin başvermə səbəbi və dəyən ziyanın həcmi hələlik açıqlanmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki