ABŞ-nin “Taylor Red” musiqi qrupunun üzvü Nikol Teylor 35 yaşında dünyasını dəyişib. Gənc müğənninin uzun müddət mübarizə apardığı süd vəzi xərçəngindən vəfat etdiyi bildirilir.
Referans Media xəbər verir ki, 2022-ci ildə süd vəzi xərçəngi diaqnozu qoyulan sənətçi uzun müddət müalicə alıb.
Nikol Teylorun vəfat etdiyini onunla eyni qrupda çıxış edən bacıları Nika və Natali Teylor açıqlayıblar. Üç bacının birlikdə yaratdığı “Taylor Red” qrupunun üzvünün gənc yaşda ölümü musiqi ictimaiyyətində kədərə səbəb olub.
2022-ci ildə xərçəng diaqnozu qoyulan müğənni uzun müddət müalicə alıb. Bir müddət onun xəstəliyə qalib gəldiyi düşünülsə də, doqquz ay sonra xərçəng daha irəliləmiş mərhələdə yenidən aşkarlanıb.
Müalicəsini davam etdirən Nikol Teylor 35 yaşında həyatını itirib.
