Mehinin anasından geyim qadağası - “İş yoldaşlarım sənə baxır”

Müğənni Mehin Hümbətova anasının onun geyim tərzinə münasibətindən söz açıb.

Referans Media xəbər verir ki, ifaçı bu barədə “Qonaqcanlı” verilişində danışıb.


O bildirib ki, anası müasir düşüncəli xanım olsa da, geyim seçimində ondan daha diqqətli olmasını istəyir:

“Mənim anam çox müasir düşüncəli xanımdır. Amma nə qədər müasir düşüncəli olsa da, həmişə deyir ki, çox açıq geyinmə. Sənə yaşlı nəsil də baxır, cavanlar da baxır, mənim iş yoldaşlarım da baxır. Çalış, çox açıq-saçıq geyimlər istifadə etmə”./NOCOMMENT.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki