Hollivud ulduzunun ailəsində qalmaqal: Qızı atasının adını daşımaq istəmədi

Hollivudun məşhur cütlüyü Ancelina Coli və Bred Pittin ailəsində daha bir diqqətçəkən hadisə yaşanıb. Cütlüyün 18 yaşlı qızı Vivyen atasının soyadından rəsmi olaraq imtina edib.

Referans Media xəbər verir ki, Vivyen iyul ayında Los-Anceles məhkəməsinə müraciət edərək soyadından “Pitt” ifadəsinin çıxarılmasını istəyib.

Noyabrın 2-də keçirilən məhkəmə iclasında gənc qızın müraciəti qəbul edilib. Beləliklə, onun rəsmi adı Vivyen Marşelin Coli olub. Bu qərarla Vivyen Bred Pittin soyadından hüquqi qaydada imtina edən dördüncü övladı kimi tarixə düşüb. Qeyd edək ki, bundan əvvəl də cütlüyün digər övladları oxşar addım atıblar.

Meddoks və Zahara 2026-cı ildə atasının soyadından imtina ediblər. Vivyenin əkiz qardaşı Noksun da ictimai tədbirdə yalnız “Coli” soyadından istifadə etdiyi bildirilsə də, onun hüquqi ad dəyişikliyi təsdiqlənməyib. Vivyen daha əvvəl də anası ilə birlikdə çalışdığı “The Outsiders” adlı Brodvey tamaşasının proqramında “Vivyen Coli” adı ilə təqdim olunmuşdu.

Xatırladaq ki, Ancelina Coli və Bred Pitt 2005-ci ildə münasibətə başlayıb, 2014-cü ildə ailə qurublar. Cütlük 2016-cı ildə ayrılmaq qərarı verib. Uzun illər davam edən hüquqi proses isə 2024-cü ilin dekabrında boşanmanın rəsmiləşməsi ilə yekunlaşıb.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki