Çempionlar Liqasında ŞOK HESAB: Debütant rəqibini 9:1 darmadağın etdi!

İtaliyanın “Komo” klubu UEFA Çempionlar Liqasında tarixi nəticəyə imza atıb. Turnirdə ilk dəfə iştirak edən komanda səfərdə Fransanın “Lans” klubunu 9:1 hesabı ilə məğlub edərək futbol tarixində yaddaqalan qələbə qazanıb.

Referans Media xəbər verir ki, Sesk Fabreqasın rəhbərlik etdiyi “Komo” “Bollaert-Delelis" stadionunda keçirilən qarşılaşmada rəqibinə şans verməyib.

Görüşdə het-trik edən Anastasios Douvikas 7, 32 və 57-ci dəqiqələrdə fərqlənib. Komandanın digər qollarını Niko Paz (40), Lukas Da Kunha (47), Kempf (53), Mattia Liberali (62), Martin Baturina (69) və Matteo Papaccioli (90+2) vurub.

“Lans” üzərində 9:1 hesablı qələbə ilə “Komo” Çempionlar Liqası tarixində ən böyükhesablı qələbə rekordunu təkrarlayıb. Bu nəticəyə qədər turnirdə ən böyükhesablı qələbələrdən biri 2015-ci ildə “Real Madrid”in “Malmö”nü 8:0, 2007-ci ildə isə “Liverpul”un “Beşiktaş”ı 8:0 hesabı ilə məğlub etməsi idi.

Tarixi qələbədən sonra xallarını 9-a çatdıran “Komo” ilk səkkizlikdəki mövqeyini qoruyub. “Lans” isə məğlubiyyətdən sonra 3 xalla kifayətlənib.

"Lans" (Fransa) - "Komo" (İtaliya) 1:9

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki