Şebnem Ferah səhnədə özünü saxlaya bilmədi: Fanatına belə cavab verdi - VİDEO

Türkiyəli rok ifaçısı Şebnem Ferah konsert zamanı pərəstişkarı ilə yaşadığı maraqlı dialoqla diqqət çəkib. 54 yaşlı sənətçi ona “abla” deyə müraciət edən fanatına zarafatla cavab verərək zalda gülüş yaradıb.

Referans Media xəbər verir ki, konsert zamanı tamaşaçılarla söhbət edən Şebnem Ferah ona “abla” deyə səslənən pərəstişkarına belə cavab verib:

“Çox sağ ol, oğlum. Bir də mənə abla desəniz...”

Müğənni daha sonra ona müraciət formaları ilə bağlı zarafatını davam etdirərək bəzən “teyze” deyənlərin də olduğunu bildirib.

İfaçının səhnədəki səmimi və yumoristik reaksiyası konsertin ən əyləncəli anlarından birinə çevrilib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki