Azərbaycan İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci illik toplantılarını nümunəvi şəkildə təşkil edib.
Referans MEDİA xəbər verir ki, bunu IsDB Qrupunun sədri Məhəmməd Əl-Casir tədbirin yekun mətbuat konfransında bildirib.
"Bizim ən mühüm fəaliyyətimiz üçün təhlükəsiz, ciddi və qonaqpərvər mühit yaratdınız. IsDB-nin İdarəçilər Şurasının sədri qismində mükəmməl rəhbərliyinə görə iqtisadiyyat naziri Mikayıl Cabbarova xüsusi minnətdarlıq etmək istəyərdim. Sizin rəhbərliyiniz müzakirələrimizin istiqamətləndirilməsində, konsensusun formalaşmasında və praktiki nəticələrə doğru irəliləməkdə həlledici amil oldu", - qrupun sədri qeyd edib./Report/
