Metroda işlərə niyə avqustun 15-də başlanır? - Sədr açıqladı

Bu işlərə niyə avqustun 15-də başlayacağımız müzakirə olunur.

Referans Media  Xitab24.az-a istinadla xəbər verir ki, bunu Bakı Metropoliteni QSC-nin sədri Vüsal Aslanov Bakı Metropolitenində xətlərin ayrılması layihəsinə həsr olunmuş media nümayəndələri və fikir liderləri ilə görüşdə bildirib.

V.Aslanov bunun səbəbini belə izah edib:

"Bu, bir layihədən ibarət deyil. Əsas mərhələdən biri də "Dərnəgül" deposunun hazır vəziyyətə gətirilməsidir. Biz bu deponu istismar vəziyyətinə gətirdiyimiz üçün işlərə avqustun 15-dən başlanacaq. Bununla bağlı hazırlıq işləri görülüb".

Qeyd edək ki, metroda xətlərin ayrılması işlərinin başlamasının məktəblərin açılmasına yaxın vaxta təsadüf etməsi müzakirələrə səbəb olmuşdu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki