Moskva vilayətində onlarla PUA vuruldu: Yaşayış binasına düşən pilotsuz aparatla bağlı araşdırma aparılır

Rusiyanın Moskva vilayətində hava hücumundan müdafiə sistemləri bir neçə şəhər üzərində onlarla pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Referans MEDİA xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov məlumat yayıb.

Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri Domodedovo, Podolsk, Ramenskoye və Kolomna şəhərləri üzərində bir neçə onlarla PUA-nı vuraraq zərərsizləşdirib.

Vorobyov bildirib ki, eyni zamanda Çexov şəhərində pilotsuz uçuş aparatlarından biri yaşayış binasına düşüb.

"Hadisə yerində bütün operativ və fövqəladə xidmətlər işləyir. Xəsarət alanların olub-olmaması ilə bağlı məlumat dəqiqləşdirilir", – deyə qubernator qeyd edib.

Hadisənin təfərrüatları və mümkün dağıntılarla bağlı araşdırmalar davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki