Mourinyo Real Madridə qayıdır – Və problemli oyunçuların yolu bağlanır!

Portuqaliyalı məşqçi José Mourinyonun adı yenidən Real Madridlə adı hallanır. Təcrübəli çalışdırıcı, maksimum tələbkarlıqla həyata keçirmək istədiyi layihənin şərtlərini açıq şəkildə müəyyən edib və bildirdib ki, soyunma otağında problemlər yaradan oyunçulara yer yoxdur. Mourinyo üçün disiplin, sədaqət və çalışma, fərdi bacarıqlardan daha önəmlidir.

Referans Media xəbər verir ki, bu baxımdan Portuqaliyalı mütəxəssis, heç bir şəkildə anlaşa bilməyəcəyi oyunçulardan birini açıq şəkildə Vinicius kimi görür. Braziliyalı futbolçu yüksək keyfiyyətinə və idman gücünə baxmayaraq, həm meydanda, həm də meydan kənarında davamlı konflikt obyekti kimi qiymətləndirilir. Mourinho isə bu vəziyyəti idarə etməyə hazır deyil; eqoların qarışdığı mühitdə ciddi problemlər yaşanacağını düşünür.

Məşqçi hesab edir ki, Vinicius komandada gərginlik yaradır, diqqəti yayındırır və pres mexanizmini düzgün icra etmədiyi üçün qrupun sabitliyini pozur. Belə davranışlar, Mourinyonun ideal “güclü və nəzarətli soyunma otağı” konsepsiyasına uyğun gəlmir. Əgər Portuqaliyalı mütəxəssis Real Madriddə işə başlayarsa, Viniciusun klubdakı davamlılığı sual altına düşəcək. Bu səbəbdən Mourinyo, oyunçunun ehtiyat heyətə keçdiyi təqdirdə dərhal satılmasını tələb edəcək. Real Madrid isə bu satışdan böyük gəlir əldə edərək, komandadakı əsas mövqeləri sevdiyi oyunçularla (məsələn, Vitinha ilə) gücləndirə bilər.

Arda Gülər də Mourinyonun “siyahısında” deyil

Mourinyo üçün problem yalnız Vinicius deyil. Klubun gələcək üçün ən böyük investisiyalarından biri olan Arda Gülər də Portuqaliyalı mütəxəssisin fəlsəfəsinə uyğun gəlmir. Gülerin yüksək potensialını qəbul edən Mourinyo, onun çalışma və disiplin mövzusunda çatışmazlıqları olduğunu düşünür. Çalışdırıcı üçün yalnız ilhama dayalı oyun yetərli deyil; Arda Gülər isə hazırda bu tələblərə cavab vermir. Buna görə də Mourinyo, Santiago Bernabéuya gələcəyi təqdirdə Gülərin də komandadan ayrılmasını tələb edə bilər.

Qeyd edək ki, Mourinyo Fənərbaxça dövründə Arda Gülər haqqında belə demişdi: “Əgər gəlmək istəyirsə, niyə olmasın! Real Madrid kimi bir komandada oynayırsınızsa və gənc futbolçusunuzsa geri dönmək istəməməyiniz absurd olar. Klubunu həqiqətən sevirsə və geri gəlmək istəyirsə, maaşının 75%-i Real Madrid tərəfindən ödəniləcəksə, gəlməsini istərik.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki