Metrolarda yaranan texniki nasazlıqlar ciddi narahatlıq doğurur. Ümid edirəm, bu problemlərin qarşısının alınması istiqamətində Bakı Metropoliteni tərəfindən əsaslı işlər görüləcək.
Referans Media xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı ötən gün səhər saatlarında metroda yaranan ləngimə və sərnişin dolu qatarların 30 dəqiqədən çox tunellərdə qalması haqda danışarkən qeyd edib.
“Metropolitendə köhnə avadanlıqlar, qatarlar və vaqonlar hələ də xidmət göstərir. Hesab edirəm ki, problemin kökündə bu amil dayanır.
Artıq bu kimi problemlər tez-tez baş verir. Sistemi və avadanlıqları mümkün qədər tez təkmilləşdirmək, hətta müasirləşdirmək lazımdır ki, belə hallar baş verməsin”, – ekspert əlavə edib.
