Rusiyada miqrantların uşaq müavinətləri alması üçün daha sərt qaydalar tətbiq olunacaq.
Referans Media xəbər verir ki, bu barədə Rusiya hökumətinin qərarında qeyd olunur.
Yeni qaydalara əsasən, uşaq müavinətləri yalnız Rusiya vətəndaşlığı olan və bu statusla ən azı beş il yaşayan şəxslərə şamil ediləcək.
Qaydaların 2027-ci il aprelin 1-dən qüvvəyə minməsi planlaşdırılır.
İstisnalar isə doğulduğu andan Rusiya vətəndaşlığı alanlara, köçürülmə proqramı üzrə gələnlərə, “xüsusi hərbi əməliyyat” iştirakçılarına və onların ailələrinə aid olacaq.//Musavat.com























