image-yxicy0w3dyyq71v30qmzihroorgih4jrybksuwna_1200backend

Ərdoğan Trampa zəng etdi: Silahlı hücum…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Referans Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Ərdoğan amerikalı həmkarına Ağ Ev Müxbirləri Assosiasiyasının Vaşinqtonda keçirilən şam yeməyində baş verən silahlı hücum cəhdi ilə bağlı həmrəyliyini çatdırıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Ağ Ev Müxbirləri Assosiasiyasının “Washington Hilton” hotelindəki qəbulunda atışma baş verib. ABŞ lideri, vitse-prezident və onların həyat yoldaşları dərhal ərazidən təxliyə olunublar. Hücuma cəhd edən şəxs isə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki