Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə yeni prorektor təyin edilib.
Referans Media Oxu.Az-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Seymur Nəcəfov maliyyə-təsərrüfat işləri üzrə prorektor vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Seymur Nəcəfov 26 may 2026-cı il tarixindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Maliyyə və təminat departamentinin direktoru – baş mühasibi vəzifəsini icra edib.
