Sabah bu yolda hərəkətə məhdudiyyət qoyulacaq

Sabah Binəqədi şossesinin Mehdiabad yolu ilə Zəngəzur küçəsinin kəsişməsinədək olan hissəsində qısamüddətli məhdudiyyət tətbiq olunacaq.

Referans Media xəbər verir ki, adıçəkilən ərazidə təmir işləri ilə əlaqədar oktyabrın 17-si saat 06:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyət tətbiq ediləcək.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki