Nəhəng püşkatma öncəsi bomba xəbər: “Qalatasaray”-“Fənərbaxça” derbisi mümkündür

UEFA Çempionlar Liqasının 2026-2027 mövsümünün liqa mərhələsi öncəsi səbətlər böyük ölçüdə müəyyənləşib. Türkiyənin turnirdəki təmsilçilərindən “Qalatasaray” 3-cü səbətdə yer alacaq. “Fənərbaxça” isə “Lyon”u mübarizədən kənarlaşdıracağı təqdirdə eyni səbətdə qərarlaşacaq.

Referans Media xəbər verir ki, iki əzəli rəqib liqa mərhələsində qarşılaşa bilməyəcək. Lakin hər iki komanda turnirdə yoluna davam edərsə, sonrakı mərhələlərdə tarixi “Qalatasaray”-“Fənərbaxça” dueli yaşana bilər.

Çempionlar Liqasına birbaşa vəsiqə qazanan “Qalatasaray” püşkatmaya 3-cü səbətdən qatılacaq. “Fənərbaxça”nın “Lyon”la cavab oyununda mərhələni keçməsi halında İstanbul təmsilçisi də 3-cü səbətdə yer alacaq. Beləliklə, Türkiyə Çempionlar Liqasının liqa mərhələsində iki komanda ilə təmsil oluna bilər.

UEFA-nın tətbiq etdiyi formata əsasən eyni ölkənin komandaları liqa mərhələsində bir-biri ilə qarşılaşmır. Bu səbəbdən “Fənərbaxça” “Lyon”u məğlub edib əsas mərhələyə yüksəlsə belə, “Qalatasaray”la liqa mərhələsində üz-üzə gəlməyəcək. Lakin hər iki komanda pley-off mərhələlərindən keçərək turnirdə irəliləsə, sonrakı mərhələlərdə bir-birlərinə rəqib olmaq ehtimalı yaranacaq. Bu isə Türkiyə futbolu üçün tarixi derbi deməkdir.

Çempionlar Liqasının 2026-2027 mövsümünün liqa mərhələsinin püşkü avqustun 27-də, Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək. “Fənərbaxça”nın “Lyon” səddini aşması halında Türkiyə turnirdə iki klubla təmsil olunacaq.

ÇEMPİONLAR LİQASINDA SƏBƏTLƏR
1-ci səbət:
PSJ
Bayern Münhen
Real Madrid
Liverpul
İnter
Mançester Siti
Arsenal
Barselona
Atletiko Madrid

2-ci səbət:
Borussiya Dortmund
Roma
Sporting Lissabon
Aston Villa
Porto
Mançester Yunayted
“Brügge”
Real Betis
PSV

3-cü səbət:
Feyenoord
Lill
Lion / Fənərbaxça
Bodo Qlimt
Napoli
Leypsiq
Vilyarreal
Şaxtyor Donetsk
Qalatasaray

4-cü səbət:
Dinamo Zaqreb / Vikinq
Slaviya Praqa
Slovan Bratislava / Çelye
Ştutqart
AEK Afina / Levski Sofiya
LASK
Komo
Lans
Sabah FK

ÇEMPİONLAR LİQASINDA OYUN TARİXLƏRİ

2026-2027 mövsümündə liqa mərhələsinin ilk oyunları sentyabrın 8-10-da keçiriləcək. Son tur isə 2027-ci il yanvarın 27-də başa çatacaq.

1-ci tur: 8-10 sentyabr 2026
2-ci tur: 13-14 oktyabr 2026
3-cü tur: 20-21 oktyabr 2026
4-cü tur: 3-4 noyabr 2026
5-ci tur: 24-25 noyabr 2026
6-cı tur: 8-9 dekabr 2026
7-ci tur: 19-20 yanvar 2027
8-ci tur: 27 yanvar 2027


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki