“Beşiktaş” Moskva klubuna xəbər göndərdi - 30 milyon...

“Beşiktaş” yarımmüdafiəçi Matvey Kislyak üçün 30 milyon avro ödəməyə hazır olduğunu bildirib.

Referans Media xəbər verir ki, jurnalist İvan Karpovun verdiyi məlumata görə, Türkiyə klubu vasitəçi vasitəsilə müqavilənin şərtlərini 30 milyon avroya qədər artırmaq niyyətində olduğunu bildirib.

Lakin CSKA bundan imtina edib. Klub 21 yaşlı yarımmüdafiəçinin satılmasını istisna etdi və hər hansı bir rəqəmin müzakirəsini mənasız adlandırıb.

Moskva klubunun baş direktoru Roman Babayev əvvəllər “Beşiktaş”ın Kislyakla maraqlandığını təsdiqləmişdi: “Həmkarlarımız Moskvaya gəldilər, görüş oldu – hətta ondan əvvəl də biz Matveyi satmağa hazır olmadığımızı açıq şəkildə bildirmişdik. Biz inanırıq ki, hələ vaxt uyğun deyil”./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki