Azərbaycan çempionu “Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə əldə etməklə klub tarixində ilkə imza atıb.
Referans Media xəbər verir ki, “Sabah” pley-off mərhələsinin cavab qarşılaşmasında “Hapoel”i 5:2 hesabı ilə məğlub edərək turnirin əsas mərhələsinə yüksəlib.
Bu nəticə Bakı təmsilçisinə UEFA tərəfindən 18,62 milyon avro məbləğində gəlir qazandırıb.
Beləliklə, “Sabah” ilk dəfə Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparmaq hüququ qazanıb.
