Nəhənglər arenasında püşkatma olacaq – "Fənərbaxça"nı çətin rəqiblər gözləyir

Süper Liqada mövsümü ikinci pillədə tamamlayan "Fənərbaxça"nın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində mümkün rəqibləri müəyyənləşib.

Referans Media xəbər verir ki, sarı-lacivərdlilər bu mərhələdə Avstriyanın "Şturm Qraz", Şotlandiyanın "Hearts" komandası və Polşa liqasının ikinci yeri uğrunda mübarizə aparan klublardan biri ilə qarşılaşa bilər.

Məlumata görə, "Aston Villa"nın UEFA Avropa Liqasını qazanması və İngiltərə Premyer Liqasında ilk 4-ə daxil olması halında püşk sistemi dəyişə bilər. Bu ssenaridə "Şturm Qraz" mümkün rəqiblər siyahısından çıxacaq və "Fənərbaxça"nın rəqibləri "Hearts" və Polşa təmsilçilərindən biri olacaq.

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkü 17 iyun 2026-cı il tarixində atılacaq. İlk oyunlar 21–22 iyul, cavab görüşləri isə 28–29 iyul 2026-cı ildə keçiriləcək.

"Fənərbaxça" bu mərhələni keçəcəyi təqdirdə Avropa arenasında növbəti raunda yüksələcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki