Netanyahu İran və Çinlə bağlı sərt mesajlar verdi - ABŞ–İsrail münasibətlərində yeni mərhələ?

Benyamin Netanyahu ABŞ-nin İsrailə illik hərbi yardımının mərhələli şəkildə dayandırılmasını istədiklərini açıqlayıb.

Referans Media xəbər verir ki, CBS telekanalına danışan Netanyahu bildirib ki, İsrail artıq güclü iqtisadiyyata malikdir və münasibətlər “yardımdan strateji tərəfdaşlığa” keçməlidir.

İsrail baş naziri deyib: “İqtisadiyyatımız çox güclüdür. Artıq razılaşdırılmış proqram çərçivəsində ABŞ hərbi yardımını sıfıra endirməyin və yardımdan ortaqlığa keçməyin vaxtıdır”.

Məlumata görə, ABŞ hazırda İsrailə hər il təxminən 3,8 milyard dollar həcmində hərbi dəstək verir. Benyamin Netanyahu həmçinin bildirib ki, ABŞ və İsrailin birgə təzyiqləri nəticəsində İran hazırda “ən zəif vəziyyətindədir”.
 
Onun sözlərinə görə, İranın silah istehsalı və iqtisadiyyatı üçün vacib olan bir sıra obyektlər məhv edilib. Netanyahu müsahibəsində Çinin İranın raket istehsalına müəyyən texniki dəstək verdiyini də iddia edib.

O bildirib: “Çin bəzi komponentlər və müəyyən dəstək təqdim edib. Bu, xoşuma gəlmədi”.

İsrail baş naziri əlavə edib ki, müharibədən əvvəl Hizbullahın arsenalında olan raket və mərmilərin təxminən 90 faizi məhv edilib.

Netanyahu ABŞ ictimaiyyətində İsrailə dəstəyin azalmasına da toxunub. O iddia edib ki, bəzi ölkələr sosial şəbəkələrdə saxta hesablar və “bot şəbəkələri” vasitəsilə ABŞ–İsrail münasibətlərini zəiflətməyə çalışır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki