Arazda boğulan gəncin meyiti tapıldı – Yeniləndi

İmişli rayonunda Araz çayında batan Elgün Həsənovun meyiti tapılıb.

Referans Media xəbər verir ki, onun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə bu gün çayın Şahverdili və Göbəktala kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 29 yaşlı E. Həsənov çayda çimərkən boğulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

xxx

İmişlidə yeniyetmə oğlan Araz çayında batıb.

Referans Media-nın məlumatına görə, hadisə çayın Şahverdili və Göbəktala kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 16 yaşlı Elgün Həsənov çayda çimərkən boğulub. Hazırda onun axtarışları davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki