Argentina Futbol Assosiasiyası (AFA) milli komandanın və “İnter Mayami”nin hücumçusu Lionel Messinin atası Xorxe Messinin vəfatı ilə bağlı başsağlığı verib.
Referans Media xəbər verir ki, Xorxe Messinin xatirəsinə Argentina futbolunun bütün səviyyələrində qarşıdan gələn oyunların startından əvvəl bir dəqiqəlik sükut elan ediləcək və hakimlər, oyunçular və məşqçilər qara sarğı taxacaqlar.
Həmçinin, matəm əlaməti olaraq, 14 avqusta qədər AFA obyektlərində dövlət bayraqları endiriləcək.
