Novxanıda bir nəfər dənizdə batdı

  Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində 2009-cu il təvəllüdlü yeniyetmə – Bayramov Murad dənizdə batıb.

Referans “Report”a istinadən xəbər verir ki, hadisə barədə məlumat daxil olduqdan sonra axtarış tədbirləri həyata keçirilib.

Axtarışla yeniyetmənin cansız bədəni sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki