Türkiyənin 4 nəhəngi bir futbolçunun arxasınca düşdü – 25 milyonluq futbolçu Türkiyəyə gələcək?

Rusiyanın MOİK klubunda çıxış edən 21 yaşlı yarımmüdafiəçi Matvey Kislyak Türkiyənin aparıcı klublarının diqqətini çəkib.

Referans Media xəbər verir ki, futbolçunun meneceri Aleksandr Manyakov “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” və “Trabzonspor”la əlaqə saxladıqlarını açıqlayıb.

Menecer bildirib ki, Türkiyənin dörd böyük klubunun hamısı ilə təmasdadırlar və komandaların transfer prioritetləri, eləcə də maliyyə imkanları barədə məlumatlıdırlar.

Manyakov Kislyakın müqaviləsində sərbəstqalma bəndinin olmadığını da qeyd edib. Onun sözlərinə görə, futbolçunun MOİK-lə müqaviləsi 2029-cu ilədək qüvvədədir və transferlə bağlı yalnız rəsmi müraciətlərə baxılır.

Menecer qış transfer pəncərəsində futbolçu üçün maraqlı variantların yarana biləcəyini bildirib. O, MOİK rəhbərliyinin Kislyakın Avropa liqalarından birində oynamaq istəyinə hörmətlə yanaşdığını vurğulayıb.

Qeyd edək ki, 21 yaşlı yarımmüdafiəçinin bazar dəyəri 25 milyon avro qiymətləndirilir.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki