“Atletiko Madrid” Osimhen üçün hərəkətə keçdi – Simeone “Qalatasaray”ın ulduzunu istəyir

“Qalatasaray”ın ulduz futbolçusu Viktor Osimhenlə bağlı İspaniyadan transfer iddiası gündəmə gəlib. Məlumata görə, “Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone nigeriyalı hücumçunu komandasında görmək istəyir.

Referans Media xəbər verir ki, Simeone hücum xəttini gücləndirmək üçün Osimheni əsas namizədlərdən biri hesab edir. Madrid klubu transferin maliyyə şərtlərini qarşılamaq məqsədilə müxtəlif variantları nəzərdən keçirir.

İddialara görə, “Atletiko Madrid” bonus ödənişləri, futbolçu mübadiləsi və daha çevik ödəniş planı kimi variantları dəyərləndirir.

Osimhen 2025-ci ildə “Napoli”dən 75 milyon avroya “Qalatasaray”a transfer olunub. Onun İstanbul təmsilçisi ilə müqaviləsi 2029-cu ilədək qüvvədədir və sözləşməsində sabit sərbəstqalma məbləği nəzərdə tutulmayıb. Buna görə də mümkün transferlə bağlı son qərar “Qalatasaray” rəhbərliyindən asılı olacaq.

Nigeriyalı hücumçunun yüksək maaşı da keçidin qarşısında maliyyə maneəsi kimi göstərilir. Hələlik “Atletiko Madrid”in rəsmi təklif göndərdiyi və ya klublar arasında razılıq əldə olunduğu barədə məlumat yoxdur.

Qeyd edək ki, Osimhen 2026-2027 mövsümündə “Fənərbaxça” ilə oyunda iki qol vuraraq komandasının 2:1 hesablı qələbəsində əsas rol oynayıb. Onun Simeonenin oyun sisteminə uyğun futbolçu olduğu bildirilir.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki