Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) vəzifəsinə namizədlərin kimliyi məlum olub.

Referans Media xəbər verir ki, ölkə.az-ın əldə etdiyi xəbərə görə, namizədlər hazırkı Ombudsman Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Elşana Valiyevadır.

Yeni ombudsmanın seçilməsi məsələsi Milli Məclisinin İnsan hüquqları komitəsinin bu gün keçiriləcək iclasında müzakirə olunacaq.

Qeyd edək ki, Ombudsman 7 il müddətinə seçilir. Bir şəxs iki dəfədən artıq bu vəzifəyə seçilə bilməz. Səbinə Əliyeva birinci dəfə 2019-cu ildə İnsan hüquqları üzrə müvəkkili seçilib. Onun səlahiyyət müddəti noyabrın 29-da başa çatır.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki