Jirinovskinin daha bir proqnozu gerçəkləşdi – Şokedici…

Cəmi bir neçə ay əvvəl Avropa ölkələri Moskva ilə danışıqlar aparmaq barədə düşünmürdülər. Bu gün isə Kremllə danışıqlar aparmaq hüququ uğrunda növbəyə düzülüblər. Heç kimin inanmadığı hadisələr gözlərimiz qarşısında reallığa çevrilir.

Referans Media xəbər verir ki, bu barədə “Rambler” nəşri yazıb.

“Hələ yaz aylarında Rusiya ilə danışıqların adının çəkilməsinə belə nümayişkaranə şəkildə etiraz edən siyasətçilər indi Kremlin qapısında sıraya düzülüblər.

Vladimir Jirinovski sağlığında Avropanın gələcəyi ilə bağlı çoxsaylı proqnozlar səsləndirirdi. Onun fikirləri fantastik, qeyri-mümkün, bəzən isə şokedici görünürdü. Siyasətçi Avropa İttifaqının daxili ziddiyyətlər nəticəsində durğunluğa qərq olacağını və parçalanacağını proqnozlaşdırırdı.

Jirinovski əmin idi ki, Aİ-ni bir arada saxlayan əsas amillər ümumi iqtisadiyyat və bürokratik sistemdir. Onun fikrincə, böhranlı vəziyyətlərdə üzv dövlətlər vahid mövqe nümayiş etdirmək əvəzinə, hər biri öz maraqlarına uyğun hərəkət edəcək. Bu gün Fransada baş verən etirazlar fonunda həmin yanaşmanın necə təzahür etdiyini görürük. Digər Aİ üzvləri isə Fransadakı proseslərə təsir göstərə bilmirlər.

Siyasətçi xəbərdarlıq edirdi ki, nəzarətsiz miqrasiyanı təşviq etməklə öz vəziyyətini daha da ağırlaşdıran zəifləmiş Avropa geosiyasi subyektliyini itirəcək. O, Avropa daxilində sərhədlərin yenidən bağlanmalı və ölkələr arasında sərbəst hərəkətə məhdudiyyətlər qoyulmalı olacağını da bildirirdi”, – deyə nəşr yazıb.

“Rambler” Jirinovskinin “Avropa diz çökərək sürünə-sürünə gələcək. ABŞ də Rusiyadan kömək istəmək üçün sürünərək gələcək” fikrini də xatırladıb. Nəşr iddia edir ki, siyasətçinin bu proqnozu da artıq gerçəkləşməkdədir./globalinfo

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki