Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) sammiti ərəfəsində inşa edilən “Beştəpə Millət Ormanı” və “Türk Dövlətləri Mədəniyyət Parkı”nın açılışı keçirilib.
Referans Media xəbər verir ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və TDT-yə üzv ölkələrin dövlət başçıları iştirak ediblər.
Açılış mərasimi zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun nəzakətli davranışı diqqət çəkib.
Belə ki, rəsmi fotoçəkiliş zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin həyat yoldaşı Ziroat Mirziyoyevanın sırğası yerə düşüb. Vəziyyəti görən Ceyhun Bayramov dərhal sırğanı yerdən götürərək birinci xanıma təqdim edib.
Azərbaycan XİN rəhbərinin bu nəzakətli jesti mərasim iştirakçılarının diqqətini cəlb edib.
