"Azercell Telecom" MMC-də iki yeni təyinat baş tutub.
Əlisahib Qədimov Məlumat Platforması şöbəsinin müdiri, İradə Bünyatova Məlumat Elmi (Data Science) şöbəsinin müdiri vəzifəsinə təyin olunublar.
Qeyd edək ki, Ə.Qədimov iki ildir, İ.Bünyatova isə 4 ilə yaxındır ki, "Azercell Telecom"da müxtəlif vəzifələrdə çalışırlar.
Onlar yeni təyinatadək mütəxəssis işləyiblər./Yurd.Media/


