Koronovirusun yeni növü yayılıb – Fərqli əlamətləri var

Koronovirusun yeni növü artıq özünü bəlli edib.

Referans Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. 

Bildirilir ki, yeni koronavirus ştammı olan PJ.2.1-in simptomları adi soyuqdəymə və ya qripə bənzəyə bilər.

Ekspertlər qeyd ediblər ki, yalnız simptomlara əsaslanaraq, infeksiyaya məhz hansı tənəffüs yolu virusunun səbəb olduğunu dəqiq müəyyən etmək mümkün deyil.

Təşkilat vurğulayıb ki, xəstəliyin səbəbini müəyyən etmək üçün testdən keçmək lazımdır.

PJ.2.1 ştammını digər koronavirus variantlarından fərqləndirən əlamətlər arasında şiddətli boğaz ağrısı və xəstəlikdən sonra daha uzun müddət davam edən yorğunluq ola bilər.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki