“Paşinyan Azərbaycanın tələbi ilə bu sənədi ləğv edəcək”

Referans  Teleqraf-a istinadla xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.

Ekspert bunun Azərbaycanın tələbi çərçivəsində baş verəcəyini bildirib.

“İstisna deyil ki, hansısa mərhələdə Müstəqillik Bəyannaməsindən tamamilə imtina edəcəyik və bu, tarixi sənədə çevriləcək”, – Matevosyan vurğulayıb.

Qeyd edək ki, söhbət Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı bəyannamədən gedir. Rəsmi Bakı sülh sazişinin imzalanması üçün Müstəqillik Bəyannaməsinə istinadın Ermənistan Konstitusiyasından çıxarılmasını tələb edib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki