Bu ilin yanvar-avqust ayları ərzində 23 194 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.
Referans Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Onların 58,8 %-ni kişilər, 41,2 %-ni isə qadınlar təşkil edib.
