Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək

ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak bildirib ki, Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Nyu-York görüş keçirəcəklər.

Referans MEDİA-nın məlumatına görə, Prezident Ərdoğan gələn həftə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka səfər edəcək.

İki lider sonuncu dəfə Ankarada keçirilən NATO Sammiti çərçivəsində bir araya gəlmişdilər.

Gündəmdə müdafiə sənayesi və ikitərəfli münasibətlər olub

İyulun 7-də Beştəpədə keçirilən görüşdə F-35 qırıcılarının satışı, KAAN döyüş təyyarələrinin mühərrikləri və CAATSA sanksiyaları da daxil olmaqla bir sıra mühüm məsələlər müzakirə olunmuşdu.

Görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Tramp Türkiyə ilə münasibətlərin tarixinin ən yaxşı dövrünü yaşadığını bildirmişdi.

“Biz çox yaxşı dostuq. Siz möhtəşəm lidersiniz və böyük hörmət qazanırsınız. Prezident Ərdoğana böyük hörmətim var. İlk gündən aramızda çox yaxşı anlaşma və uyğunluq olub”, – deyə Tramp qeyd etmişdi.

ABŞ Prezidenti, həmçinin Ankarada keçirilən NATO Sammitinin əhəmiyyətini vurğulayaraq, tədbirin Türkiyədə təşkil olunmasının onun iştirak qərarında mühüm rol oynadığını bildirmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki