Qrenlandiya və Antarktida 47 ildə 12,5 trilyon tondan çox buz itirib

Elmi araşdırmaya görə, 1979-cu ildən etibarən Qrenlandiya və Antarktidadakı buz təbəqələrindən təxminən 12,5 trilyon ton buz əriyib.

Bu nəhəng miqdarda suyun hamısı yenidən dondurulsaydı, ABŞ-ın bütün ərazisini təxminən 1,5 metr dərinliyində buz təbəqəsi ilə örtmək mümkün olardı.

Referans Media xəbər verir ki, Scientific Data jurnalında dərc olunan araşdırmaya əsasən, Yer kürəsinin istiləşməsi planetin iki böyük buz təbəqəsinin əriməsini sürətləndirir. Ərimənin təxminən beşdə dördü isti havadan deyil, daha isti okean sularının buz təbəqələrini aşağıdan və kənarlardan əritməsindən, eləcə də buzlaqların okeanlara doğru axmasından qaynaqlanır.

Tədqiqatçılar bunun gələcəkdə dəniz səviyyəsinin yüksəlməsi baxımından ciddi risk yaratdığını bildirirlər. Araşdırmanın həmmüəllifi, Kaliforniya Universitetinin buzşünası Erik Rignot qeyd edib ki, buz təbəqələri sürətlə əriyir və bu proses qlobal dəniz səviyyəsinin yüksəlməsinə, sahilyanı ərazilərin həssaslığının artmasına səbəb olur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki