Qətlə yetirilən 9-cu qadının cəsədi tapıldı: Yarıçılpaq...

Cənubi Afrikanın Qautenq əyalətində, son iki ay ərzində üzərində zorakılıq əlamətləri olan səkkiz qadının cəsədinin tapıldığı Yohannesburqun ətrafı olan Ekurhulenidə növbəti qadın cəsədi tapılıb.

Referans Media  xəbər verir ki, əyalətin polis komissarı vəzifəsini icra edən general-mayor Fred Kekananın sözlərinə görə, polis qətlə yetirilmiş qadını Don Park ərazisində tapıb: “Təxminən 30 yaşlarında olan qaradərili qadının cəsədi yolun kənarında örtüyə bükülmüş halda yarıçılpaq tapılıb". 

Kekana bildirib ki, Ekurhulenidə qətlə yetirilmiş gənc qadınların ümumi sayı hazırda doqquza çatıb.

Bildirilir ki, qadınlarla əlaqə saxlamaq üçün tanışlıq saytlarından istifadə olunub.Qətlə yetirilmiş doqquz qadının hamısı qismən və ya tam çılpaq tapılıb. Polis hələlik rəsmi olaraq təsdiqləməyib, lakin bu hallar arasında birbaşa əlaqə olduğunu istisna etmir.

Cənubi Afrika Prezidenti Siril Ramafosa bu həftə milli polis rəhbərliyi ilə görüşərək qatilin mümkün qədər tez tapılmasını tələb edib. Xüsusi istintaq qrupu yaradılıb. Hakimiyyət orqanları məsul şəxslərin həbsinə səbəb olan hər hansı bir məlumata görə 400.000 rand (24.500 dollar) mükafat vəd edib. Dünən qadınlardan birinin qətlində iştirak etdiyinə görə bir gənc oğlan həbs edilib.

Xatırladaq ki, ilk cəsəd 15 iyulda Ekurhulenidə aşkar edilib. Bütün cinayətlər hazırda xüsusi polis nəzarəti altında olan bu rayonda baş verib./“Cebheinfo.az”/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki